Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Almaniyada “Vulcanair” təyyarəsi qəzaya uğrayıb.

Hadisə Pretçel kommunasında, Brandenburq federal torpağında qeydə alınıb.

Hadisə zamanı təyyarədə iki nəfər olub. Onlar qəza nəticəsində həlak olub.

Qəzanın səbəbi hələ məlum deyil. Polis nümayəndəsi insidentlə bağlı araşdırma aparıldığını bildirib.

Daha əvvəl Almaniyada “Cessna” təyyarəsi aerodromda bir neçə nəfərə çırpılıb.

İstinadlar Report

Almaniyada təyyarə qəzaya uğrayıb: ölənlər var

Almaniyada təyyarə qəzası baş verib.

Bu barədə “DPA” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Hannover şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları gəlib. Qəzanın başvermə səbəbləri ilə bağlı təhqiqat başlayıb.

İstinadlar Report