Almaniyada ikiyerlik kiçik təyyarə eniş edən zaman güclü külək nəticəsində istiqamətini dəyişib və ağaclara ilişərək 4 metrə yaxın hündürlükdə qalıb.

Hadisə Şimali Reyn-Vestfaliya federal torpağının Holtsvikkede kommunasında baş verib. İnsident zamanı xəsarət alan olmayıb.

Yanğın xidməti 56 yaşlı pilot və onun 51 yaşlı həyat yoldaşını təyyarədən endirib. Onlar iki saat ağacların üzərində qalıblar.

İstinadlar Report