Almaniyada terrorçu PKK qruplaşmasına məxsus olan iki şirkət bağlanıb.

Müvafiq qurumlar bununla bağlı qərar qəbul edib.

Fəaliyyəti dayandırılan “Mezopotamya yayınevi” və “MİR Multimedia” şirkətlərinin PKK ilə əlaqəsi olub. Bu şirkətlər Almaniyada fəaliyyət göstərərək, terrorçu PKK-nı təbliğ ediblər. Onlar satdıqları mallardan əldə etdikləri gəlirlə bu terrorçu qruplaşmanın maliyyələşməsinə yardım göstəriblər. Adıçəkilən şirkətlər “terrorçu qruplaşmaların təşkilatlanmasına yardım” etdikləri, “xalqlararası barışa qarşı fəaliyyət göstərdikləri” üçün bağlanıb.

Qeyd edək ki, 1993-cü ildə terrorçu PKK qruplaşmasının Almaniyada fəaliyyəti qadağan edilib. 2018-ci ildə isə qəbul olunan yeni qanuna görə onun fəaliyyəti ilə bağlı məhdudiyyət genişləndirilib. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu təşkilatlar siyahısına daxil edib.

İstinadlar Report