Son bir gün ərzində Almaniyada koronavirusdan 33 nəfər ölüb.

Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

Ötən sutka ölkədə COVID-19-a yoluxanların sayı 407 nəfər artıb.

Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 678 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 646 pasiyent ölüb. Bununla yanaşı, 168,9 min xəstə sağalıb.

Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 326 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38 524 nəfər və Baden-Vürtemberqdə 34 898 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6 964 hal təsdiqlənib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report