Almaniyada son iki ildə 13 nəfər irqçi və siyasi motivli hücumun qurbanı olub.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən aldığı məlumatda deyilir ki, hazırda davam edən 408 cinayət işinin 186-sı irqçi, 63-ü radikal dini, 18-i isə, solçu qruplara aiddir.

Nazirliyin məlumatında qeyd edilir ki, bu qruplara qarşı mübarizə bütün ölkəboyu ən üst səviyyəyə çıxarılıb.

“Bunun nəticəsidir ki, Verner S. adlı irqçi şəxslə əlaqəli olan 12 nəfər məscidlərə, sineqoqlara və tanınmış siyasətçilərə qarşı hücum hazırlığında oluqları zamanığ yaxalanıblar. Bir başqa qrup isə dini ibadət yerləri və siyasətçilərə göndərdikləri təhdid məktublarına görə saxlanılıb. Onların hazırda həbsdə olan Nasional Sosialist Yeraltı (NSU) təşkilatının üzvləri ilə əlaqədə olduğu öyrənilib”- deyə, nazirliyin məlumatında qeyd edilib.

İstinadlar Report