
Almaniyanın cənub-qərbində bir gənc sinaqoqa hücum hazırlamaqda şübhəli bilinərək həbs edilib.
Bu barədə Ştutqart və Karlsrue prokurorluqlarının və Baden-Vürtemberq federal torpağının cinayət idarəsinin birgə bəyanatında bildirilib.
Vaynxaym şəhərindən (Baden-Vürtemberq federal torpağı) olan 18 yaşlı türkəsilli Almaniya vətəndaşı tanışı ilə Haydelberqdəki sinaqoqun ziyarətçilərinə bıçaqla hücum etmək planını müzakirə edib.