Almaniyanın Münhen şəhərində (Bavariya federal torpağı) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edib.

Nümayiş iştirakçıları sağçı “Almaniya üçün Alternativ” Partiyasının qadağan edilməsinə çağırıblar. Etiraz dinc şəkildə keçib.

Almaniyanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib. Reynland-Pfalts və Hessen federal torpaqlarının bir çox şəhərlərində təxminən 25 min nəfər sağçılara qarşı nümayişlərdə iştirak edib.Günün ikinci yarısında Gissen şəhərində 13 min nəfər küçələrə çıxıb. Darmştadtda 8 min nəfər toplaşıb. Mayntsda polis 4 min iştirakçını qeydə alıb.

İstinadlar Report