
Almaniyanın cənubundakı Aşaffenburq şəhərində parkda bıçaqlı hücum nəticəsində biri uşaq olmaqla, azı iki nəfər ölüb.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
İlkin məlumata görə, Bakı vaxtı ilə saat 14:45-də bir neçə nəfər, o cümlədən uşaq bağçasından olan bir qrup bıçaqlanıb.
Daha sonra polis 41 yaşlı kişi və 2 yaşlı uşağın ölümü barədə məlumat verib.Xəstəxanadakı iki yaralının vəziyyəti ağırdır.
“Bild” yazıb ki, şübhəli şəxs saxlanılıb. Nəşr qeyd edib ki, o, əvvəllər psixoloji problemlərdən əziyyət çəkən 28 yaşlı Əfqanıstan vətəndaşıdır.