Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib.

Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri  “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə Müsavat partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Sosial şəbəkədə saxlanılanların siyahısı bu cür təqdim olunub:

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

Oxumağa dəyər:   Sərhəddə 5 kq narkotiklə tutuldular

3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

 

İstinadlar Qafqazinfo