Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.

Bu barədə Berlində keçirilən brifinqdə nazirliyin nümayəndəsi bildirib.

“İndiyə qədər Almaniyada dörd təsdiqlənmiş yoluxma halı var. Xəstələrin təmaslarını və xəstəliyin potensial yayılma yollarını nəzərə alaraq yeni yoluxma hallarının olacağını proqnozlaşdırmaq mümkündür. Pasiyentlərin əksəriyyəti xəstəliyi asan keçirir. Mövcud məlumatlara görə, xəstəliyin ötürülməsi yalnız yaxın təmas zamanı mümkündür. Ona görə də indi virusun yayılma sürətinin orta səviyyədə olacağını düşünürük”, – Almaniya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, hazırda Almaniya əhalisi üçün meymun çiçəyi virusuna yoluxmaq təhlükəsi orta səviyyədə qiymətləndirilir.

İstinadlar Report