Almaniyanın Saksoni Anhalt əyalətindəki Tötşental şəhərindəki köhnə potaş duzu mədənində səhər saatlarında baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Baş verən uçqun üzündən 35-dən çox mədənçinin 700 metr dərinlikdə qaldığı bildirilir.

Rəsmi nümayəndələrin dediyinə görə, mədəndə qalan işçilər oksigen cihazları ilə təhciz olunublar.

Hadisə yerinə xilasedicilər və yanğın heyəti cəlb edilib.

Sözügedən mədənin 1982-ci ildən istifadəsiz qaldığı bildirilir.

İstinadlar Report