Almaniyada ötən 24 saat ərzində 2 507 nəfərdə koronavirus aşkarlanıb və bu da aprelin sonundan ən yüksək gündəlik göstəricidir.

Ötən gündən koronavirusdan 9 nəfər dünyasını dəyişib. Virusun yayılma indeksi 0,91-dir, yəni hər 100 xəstə şərti olaraq daha 91 nəfəri yoluxdurur.

Qeyd edək ki, ölkədə mart ayının sonu – aprelin əvvəlində gündəlik yoluxanların sayı 6 mini ötürdü. Sonra koronavirusun bir qədər səngiməsi nəticəsində hökumət bəzi məhdudiyyətləri ləğv etdi. Lakin iyul ayından yoluxma sayında yenidən artım başladı.

İstinadlar Report