Almaniya Kansleri Olaf Şoltsun Bundestaqda ölkəsinin guya pulla necə davranacağını bildiyi ifadəsi parlamentarilər arasında gülüşə səbəb olub.

Bu barədə “Focus Online” məlumat yayıb.

“Almaniyanın pulla yaxşı davranması ilə fəxr edirəm”, – deyə hökumət başçısı bildirib. Bundan sonra zalda gurultulu gülüşlər eşidilib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Federal Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin 2021-ci il əlavə büdcəsindən koronavirusla mübarizə üçün ayrılmış 60 milyard avronun İqlim və Çevrilmə Fondundakı ətraf mühit və iqlim layihələrinə yenidən bölüşdürülməsi barədə qərarını qanunsuz hesab edib.

İstinadlar Report