İsrail və Almaniyanın müdafiə nazirlikləri 2025-ci ildə “Arrow 3” raketdən müdafiə sistemi ilə bağlı birgə hazırlıqları müzakirə ediblər.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məsələ ilə bağlı ikigünlük danışıqlar İsraildə baş tutub.
Qeyd edilir ki, İsrailin Almaniyaya “Arrow 3” raketdən müdafiə sistemini yerləşdirməsi qərarı, iki ölkə arasındakı müdafiə sahəsindəki əməkdaşlıqda vacib addımdır. Bu addım, xüsusilə Rusiya-Ukrayna münaqişəsi fonunda, Avropada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib.