Almaniya hüquq-mühafizə orqanları terror aktı hazırlamaqda şübhəli bilinən iki yeniyetməni saxlayıb.

Bu barədə WDR teleradio şirkəti məlumat yayıb.

Şübhəlilərdən biri Şimali Reyn-Vestfaliya federal əyalətində, digəri isə Brandenburqda saxlanılıb. İlkin istintaq verilənlərinə görə, onlar ya Milad bazarına, ya da Kölndəki sinaqoqa hücum etmək barədə razılığa gəliblər. Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə (əks-kəşfiyyat) teleqramda şübhəli söhbətləri müşahidə edərkən onların izinə düşüb.

İstinadlar Report