Almaniyada Əfqanıstandan olan qaçqın bıçaqla hamilə qadına hücum edib.

Bu barədə ölkə polisi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Bad-Kroyçnah şəhərində, xəstəxanada baş verib.

Hadisə zamanı Polşadan olan 25 yaşlı hamilə qadın ağır xəsarət alıb, o, təcili olaraq əməliyyat edilib. Bıçaqlanmış qadının körpəsini xilas etmək mümkün olmayıb.

Hücumçu saxlanılıb. Hadisə ilə bağlı polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Daha əvvəl Almaniyada “Vulcanair” təyyarəsi qəzaya uğrayıb.

İstinadlar Report