Almaniyanın cənubunda daşqınlar nəticəsində dəymiş ziyan 2 milyard avro qiymətləndirilir.

Bunu Berlində Almaniya Sığortaçılar Assosiasiyasının (GDV) rəhbəri Yorq Asmussen deyib.

“Bu məlumatlara yenidən baxıla bilər, çünki Dunayda suyun səviyyəsi hələ də normallaşmayıb. İndi prioritet təbii fəlakətdən zərər görənlərə mümkün qədər tez və effektiv kömək etməkdir”, – DPA agentliyi ondan sitat gətirib.

İstinadlar Report