Almaniyada son sutka ərzində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 6 156 olub, 140 nəfər virusdan ölüb.

Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, ölkədə ümumilikdə virusa yoluxanların sayı 73 522 nəfərdir. Virusdan ölüm hallarının toplam sayı isə 872-yə çatıb.

Ən çox yoluxma halları Bavariyada (18 496), Şimali Reyn-Vestfaliya (15 427), Baden-Vürtemberq (14 662) bölgələrində qeydə alınıb.

İstinadlar Report