
Almaniyada Qəzza zolağındakı münaqişə fonunda antisemit hadisələrin sayı dörd dəfə artıb.
Bu barədə Antisemitizm üzrə Məlumatların Qeydiyyatı və Nəzərdən keçirilməsi Federal Birliyinin hesabatında yer alıb.
Oktyabrın 7-dən noyabrın 9-dək Almaniyada 994 təsdiqlənmiş antisemit insident baş verib.
“Müharibə başlayandan sonra ilk 34 gün ərzində Almaniyada gündə 29 antisemit hadisəsi baş verib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə gündə orta hesabla yeddi hadisə baş verib”, – hesabatda vurğulanıb.