Almaniyanın paytaxtı Berlin şəhərində 30 illik axtarışdan sonra “Qırmızı Ordu Fraksiyası”nın terrorçusu Daniela Klette həbs olunub.

Bu barədə “Bild” nəşrinin teleqram kanalı məlumat yayıb.

Saxlanılma fevralın 26-da Almaniya paytaxtının Kroytsberq rayonunda polis tərəfindən həyata keçirilib.

Klette 1993-cü il martın 27-də Vayterştadt həbsxanasının partladılmasında və 1991-ci il fevralın 13-də ABŞ-ın Bonndakı səfirliyinə odlu silahla hücumda iştirak etməkdə ittiham olunur.

İstinadlar Report