
“Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı nüvə ritorikasının daha da gücləndirməsinin təzahürüdür”.
Bu fikirlər Almaniya Xarici İşlər Nazirliyinin V.Putinin Belarusda taktiki nüvə silahları yerləşdirilməsi barədə qərarına dair şərhində əksini tapıb.
Bildirilib ki, Rusiya bu addımına heç bir halda haqq qazandıra bilməz.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.