Almaniyanın xarici işlər naziri Annalena Berbok ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

“Söhbətin əsas mövzusu Rusiya tərəfindən bloklanan Ukrayna taxılının ixracı üçün mümkün həll yolları, o cümlədən ərzaq böhranının qarşısının alınması məsələsi olub”, – məlumatda deyilir.

İstinadlar Report