Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
“Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Onlar ilk növbədə Suriyadakı vəziyyəti müzakirə edib, yeni hakimiyyətlə fundamental insan hüquqlarına riayət edilməsi, eləcə də etnik və dini azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını bildiriblər”, – Ş.Hebeştrayt qeyd edib.
Şolts və Makron həmçinin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.