
Almaniya Ukraynaya 20 “Dinqo” zirehli transportyoru və 2 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqu göndərib.
Bu barədə Almaniya hökuməti məlumat yayıb.
“Almaniya Ukraynaya Bundesverin ehtiyatlarında olan avadanlıq və silahlarla, o cümlədən federal hökumət tərəfindən maliyyələşdirilən sənaye ləvazimatları ilə dəstək verir”, – məlumatda qeyd edilib.