Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynanın Odessa şəhərinə gizli səfər edib.

Bu barədə “Die Welt” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü zamanı almaniyalı nazir ölkəsinin “IRIS-T SLM” hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

“Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir”, – Lambrecht bildirib.

Almaniya Müdafiə Nazirliyi tviterdə onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib. “Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, – nazirlik bildirib.

İstinadlar Report