Almaniya Ukraynaya 10 ədəd M1070 Oşkoş tank qoşqusu və Sərhəd Xidmətinin mühafizə olunan 53 avtomobilini təhvil verib.

Bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bundan əlavə, Ukraynaya göndərilmək üçün daha 14 uzaqdan idarə olunan tırtıllı avtomobil hazırlanır.

Qeyd edək ki, avadanlıqların çatdırılma şərtləri və üsulları açıqlanmır.

Xatırladaq ki, daha əvvəl Almaniya Ukraynaya generatorlar, akkumulyatorlar və qızdırıcılar da daxil olmaqla yeni yardım elan edib.

İstinadlar Report