“Almaniya Ukraynanın bərpası xərclərini ödəmək üçün Qərbdə dondurulmuş Rusiyanın valyuta ehtiyatlarından istifadə etmək ideyasına açıqdır”.

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hüquqi məsələlər və beynəlxalq nizam üçün nəticələr hələ də həll edilməlidir. Lindner rusiyalı oliqarxların şəxsi aktivlərinin ələ keçirilməsinin əleyhinə olduğunu da bildirib.

İstinadlar Report