Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketini elan edib.
Buraya 2 “Gepard” özüyeriyən zenit-raket kompleksi daxildir.
Həmçinin hərbi yardım çərçivəsində Ukraynaya 6 min zenit sursatı, sərhədçilər üçün 5 avtomobil, 29 elektrik generatoru, 6 yük maşını və 10 konteyner daxildir.
Silahların çatdırılma üsulları və vaxtı barədə məlumat verilməyib. Buna səbəb təhlükəsizlik tədbirləridir.