
Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün təxminən bir milyard avro ayıracaq
Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
Vəsaitlərin dövlət sisteminin səmərəliliyinin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.
Lindner bundan əvvəl G7-nin (“Böyük Yeddilik”) maliyyə nazirlərinin görüşündə qeyd edib ki, söhbət 2022-ci ilin büdcəsindən əlavə borclar yaratmadan ödənilməli olan qrantlardan gedir.