Müdafiə xərclərinin ümumdaxili məhsulun 2%-nə qədər artırılması Almaniya üçün real deyil
Bunu NATO ölkələri xarici işlər nazirlərinin Brüssel görüşündə çıxışı zamanı Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib.
“Biz müdafiə üçün çox iş görmək istəyirik. Ümumdaxili məhsulun 2%-i Almaniyanın müdafiəyə 70 milyard avro ayırması deməkdir.
Mən Almaniyada bizim ölkənin bu məbləğdə müdafiə xərcləmələri etməsini düşünən bir siyasətçi belə tanımıram”, – deyə o bildirib.
Azərbaycan24 sosial şəbəkələrdə