Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukrayna üçün 142 milyon dollar dəyərində artilleriya sursatları istehsal edəcək və bunu 2025-ci ildə təhvil verəcək.

Bu barədə Almaniya şirkəti məlumat yayıb.

“Sifarişə on minlərlə 155 mm-lik artilleriya mərmisi daxildir, sifarişçi NATO-nun tərəfdaş ölkəsidir və onun məqsədi Ukraynaya uzunmüddətli dəstəkdir”, – məlumatda qeyd olunub.

İstinadlar Report