
Almaniya səkkiz rus vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 25 yaşlı Georgi Tesman, 42 yaşlı Airat Gruber, 41 yaşlı Anton Bragin, 34 yaşlı Sergey Polyak, 51 yaşlı Oleq Kuçerov, 34 yaşlı Nikolai Çereşnev, 37 yaşlı Fedor Andreev və 39 yaşlı Andrey Çerepanov Almaniya ərazində qrup şəkildə cinayətlər törətməkdə təqsirləndirilir.