
“Qarabağın yenidən qurulması nəsillərin layihəsidir”.
Bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.
O deyib ki, istənilən investisiya üçün əsas şərtlərdən biri etibarlılıqdır: “Beləliklə, Qarabağda çoxlu imkanları var. Amma orada hələ də mina təhlükəsi mövcuddur. Minatəmizləmə işləri çox vaxt aparacaq. Buna görə də hesab edirəm ki, bu məsələni istənilən investor nəzərə almalıdır”.