
Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb İranın Almaniyadakı mədəniyyət mərkəzinin bağlanmasıdır.
Bildirilib ki, bu addım insan hüquqlarının əsas prinsiplərinə ziddir və islamofobiyaya bariz nümunədir.