
Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb.
Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 19-da Ermənistanın işğaldan azad olunmuş ərazilərində törətdiyi mina terroru ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün səylərini birləşdirib.
Diaspor fəallarının yaşadıqları ölkələrin dövlət, hökumət və XİN başçılarına, parlamentlərin deputatlarına, yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərində ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatların və terror hücumlarının törədilməsi hiddətlə pislənılib.
Almaniyanın https://nex24.news xəbər portalında isə “Türkoloq Hess: “Qarabağda nə baş verir?” sərlövhəli məqalə yayımlanıb. Almaniyalı türkoloq alim Mixael Heynhard Hessin qələmə aldığı məqalədə Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi, hərbi təxribatları davam etdirməsi səbəbindən Azərbaycanın 19 sentyabr 2023-cü il tarixində öz torpaqlarının Rusiya silhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində lokal antiterror tədbirlərinə başladığı bildirilib. Azərbaycanın bir gün ərzində “dövlətin içində dövlət” formalaşdırmağa cəhd edən işğalçıları və separatçıları sülhə vadar etdiyi və öz Konstitusiya quruluşunun bərpasına nail olduğu nəzərə çatdırılıb. “Görəsən, “Reyxsburger” kimi separatçılar Federal Respublikada zenit silahları quraşdırsalar, Almaniya əslində nə edərdi?”, – deyə alim soruşub.
