
Almaniyanın daxili işlər naziri Nensi Faser sentyabrın 27-də miqrant və sığınacaq axtaranların axını fonunda ölkənin Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamaların aparılması ilə bağlı götəriş verəcək.
Mənbənin sözlərinə görə, yaxın bir neçə gün ərzində “seçilmiş sərhəd keçidlərində” yoxlamalar başlayacaq.
2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur.