
Almaniyanın müdafiə naziri Boris Pistorus hesab edir ki, Avropa Nigerdəki mövcudluğunu saxlamalıdır.
Bunu nazir “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniya regionda fəal qalmaq niyyətindədir:
“Bizim nöqteyi-nəzərimizdən Avropanın Nigerdə mövcudluğunu davam etdirməsi vacibdir. Biz regionda fəallığımızı davam etdirmək istəyirik, əsasda bu sahəni rusiyalıların və ya sabitliyin daha da pozulmasına töhfə verən başqalarının öhdəsinə buraxmamaq üçün. On görə də orada olmaq bizim üçün vacibdir”.
Almaniyanın müdafiə naziri deyib ki, Sahel bölgəsində gələcək sabitliyin pozulmasının Avropa üçün çox spesifik nəticələri olacaq: “İstər terror, istərsə də qeyri-qanuni miqrasiya baxımından”.