“Almaniya və NATO-ya üzv başqa dövlətlər NATO-ya üzv olanadək İsveç və Finlandiyanın təhlükəsizliyinə təminat verə bilər”.

Bunu Almaniya Bundestaqının (parlamentinin) Xarici siyasət məsələləri üzrə komitəsinn sədri Mixael Rot Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

“İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə Rusiyanın təcavüzkar ritorika və təxribatla reakasiya verməsi mümkündür. Hər iki ölkə Almaniyanın dəstəyinə arxalana bilər”, – o vurğulayıb.

Qeyd edək ki, Mixael Rot hakim Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.

Mayın 15-16-da İsveç və Finlandiya üzvlüklə bağlı NATO-ya rəsmi müraciət edəcək.