Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır.

Bunu Berlində Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Kansler, həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib.

İstinadlar Report