Almaniya qarşıdakı bir neçə il ərzində müdafiəyə ildə orta hesabla 70-80 milyard avro xərcləmək niyyətindədir.

Bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

“Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir”, – Şolts deyib.

İstinadlar Report