Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

O, bunu Ərbilə səfəri zamanı deyib.

“Biz “Həyat Təhrir əş-Şam” siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq”, – Pistorius bildirib.

İstinadlar Report