Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynada atəşkəsdən sonra ölkənin sülhməramlı qüvvələrdə iştirakının mümkünlüyünü istisna etmir.
Bu barədə “Tagesschau” məlumat yayıb.
Pistorius qeyd edib ki, sülhməramlı qüvvələrdə iştirak məsələsi şərtlərin nə olmasından asılı olacaq.
O, vurğulayıb ki, atəşkəs olsa və sülhməramlı tədbirlər barədə qərar verilsə, bu, mandat növündən, tələblərin sayından və tərəflərin razılığından asılı olacaq.