Ukraynaya dəstək azalmayacaq.

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

O bildirib ki, Rusiya belə bir ssenariyə ümid etməməlidir: “Moskva elə bilməməlidir ki, müharibəni davam etdirə biləcək”.

O.Şoltsun sözlərinə görə, Konqresin Ukraynaya hərbi yardımı təsdiqləməsi çox aydın mesajdır.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.

İstinadlar Report