Almaniya kansleri Olaf Şolts bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin ilə baş tutmuş telefon danışığının detallarını açıqlayıb.

Almaniya kansleri bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

“Mən onunla aydın və açıq danışdım. Çünki o müharibəni aparan bir tərəfdir. Açıq danışmaq lazım idi. Bir çox məsələlərdə eyni fikirdə deyildik. Danışıq zamanı belə anladım ki, Rusiya lideri müharibə başlamazdan iki il əvvəl bu barədə bilirmiş”, – Şolts deyib.

Kansler xatırladıb ki, Putin ilə sonuncu dəfə 2022-ci ildə müharibəyə qədər danışıb.

İstinadlar Report