
Almaniya kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib.
O, bu barədə sosial şəbəkə hesabında yazıb.
“30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə aparan yolda vacib və düzgün addımdır”, – o qeyd edib.
Kanslerin sözlərinə görə, indi növbə Rusiyanındır.