Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin sülhün necə əldə olunacağını müzakirə etmək məqamı olduğunu deyib və Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakını bir daha müdafiə edib.
Bu barədə o, ZDF televiziyasına müsahibəsində deyib.
“Fikrimcə, indi bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indiki məqamda real görünəndən daha tez müzakirə etməliyik. İstənilən halda yeni konfrans keçiriləcək. Ukrayna prezidenti Volodimir Zelenski ilə mən eyni fikirdəyik ki, Rusiya orada təmsil olunmalıdır”, – o bildirib.