Türkiyə Almaniya üçün son dərəcə dəyərli və önəmli NATO müttəfiqidir.
Bunu Almaniya Kansleri Fridrix Merts NATO Baş katibi Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında “Anadolu” agentliyinin sualını cavablandırarkən deyib.
O bildirib ki, NATO daxilində Türkiyə ilə mövcud əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün əlindən gələni hər şeyi edəcək.
Kanslerin sözlərinəm görə, Türkiyə Alyansın məsuliyyət zonasında strateji əhəmiyyətə malik bir ərazini qoruyur.