Rusiyanın qismən səfərbərlik elan etməsi Ukraynada uğursuzluğunun göstəricisidir.

Bu barədə Almaniyanın kansleri Olaf Şolts bildirib.

Məlumata görə, hökumət başçısı Rusiyanın bu addımını Ukraynanın ərazi bütövlüyü və suverenliyini dünyanın bir çox ölkələrinin, xüsusən də Almaniyanın genişmiqyaslı və ciddi dəstəyi sayəsində çox effektli müdafiə etməsinin əlaməti kimi dəyərləndirib.

Vitse-kansler Robert Habek deyib ki, qismən səfərbərlik beynəlxalq hüququn pozulması, Ukraynaya qarşı hərbi təcavüzün və gərginliyin davam etməsidir: “Kremlin bu addımı “dəhşətli və doğru olmayan addımdır. Rusiya Prezidenti Vladimir Putinin yeni gərginlik yaratması sülh danışıqlarının tezliklə olmayacağını ehtimal etməyə əsas verir”.

İstinadlar Report