
Almaniya Kansleri Olaf Şolts Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.
O, danışıqların başlanması üçün Rusiyanın qoşunlarını Ukraynadan çıxarmalı olduğunun vacibliyini bildirib.
Kansler söyləyib ki, Kiyevin iştirakı olmadan heç bir razılaşma əldə oluna bilməz.
O.Şolts həmçinin Rusiyanın başlatdığı müharibəni pisləyib.