“Rusiya Prezidenti Vladimir Putin ən azı bir ildir müharibəyə hazırlaşırdı. Ona görə də Kreml uzunmüddətli savaş apara biləcək”.

Bu fikirləri Almaniyanın kansleri Olaf Şolts deyib.

“Həqiqətən, kimsə müharibənin nə vaxt başa çatacağını bilmir. Lakin Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür. Düşünürəm ki, müharibənin başlanması barədə qərar ən azı bir il əvvəl qəbul olunub. Yəni Putin buna hazırlaşıb”, – o söyləyib.

O.Şolts vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir: “O, Qərbin Rusiya iqtisadiyyatına təsirini başa düşür”

İstinadlar Report